“İslamiada”nın idman gimnastikası və atıcılıq yarışlarının ikinci gününə start verildi – YENİLƏNİB

Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında təsnifat mərhələsi davam edir. Bu gün, həmçinin kişi və qadın komandaları üzrə mükafatlandırma mərasimi keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bugünkü təsnifat mərhələsi idman gimnastikasında kişilərin dayaqla tullanma, turnikdə hərəkət və dəstəkli atda hərəkətlərini, qadınların sərbəst hərəkətlərini və gimnastika tirində hərəkətlərini əhatə edir.

İdman gimnastikasında Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil edirlər.

***

Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının da ikinci gününə start verilib.

Bu gün yarışda Azərbaycanın 9 idmançısı çıxış edəcək.

Yarışların ikinci günündə qarışıq komanda halında 10 metrdən pnevmatik tüfənglə atəşaçma, kişilərin 25 metrdən tapança ilə sürətli atəş açma, qadınların 25 metrdən tapança ilə atəş açma, kişilərin səngər stendi yarışları keçiriləcək.

Kişilər arasında 25 metrdən tapançadan atəş aşma yarışında Azərbaycanı Ruslan Lunyov təmsil edir.

Qeyd edək ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub – 581-25 xal.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 140 dəfə pozub

Read Next

“Bakı-2017″nin cüdo yarışlarının ikinci günündə 12 idmançımız mübarizəyə qoşulur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir