İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? Və ya Hadi Rəcəbliyə qarşı haqsız təpkilərin arxasında nə dayanır? – FOTOLAR

Tikintisi 13 il davam edən və ötən ilin son günlərində “Ağ şəhər” deyilən ərazinin yaxınlığında  istifadəyə verilən “Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub.

Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.

Etikxeber.az bildirir ki,  bu haqda Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanın “Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.

Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.

Yəni, həmin binanı tikən “KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş “göydələn”lərdə mənzillə təmin olunublar.

Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.

Bu arada – yeri gəlimişkən,  sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini  tapmayıb. Belə ki, Ə. Nuriyev özü bu faktı təkzib edib. Ancaq buna baxmayaraq,  adçəkilən şəxslər, xüsusilə, H. Rəcəbli sosial şəbəkə istifadəçiləri və bir çox hallarda “şəbəkləşmiş” məqsədli qruplar tərəfindən əsassız yerə hədəfə alınıb, təhqirlərə məruz qalıb.

Ancaq “Etikxeber.az” olaraq apardığımız araşdırma nəticəsində H. Rəcəbliyə ünvanlanan təpkilərin əslində haqsız olduğu üzə çıxıb, yəni, onun adçəkilən binadan mənzil almadığı məlum olub…

ilaqr-qilicov

Etikxeber.az

 

 

Read Previous

Qaçaqmalçılıq yolu ilə İrana spirtli içki aparılmasının qarşısı alınıb – FOTO

Read Next

Türk Hava Yolları 34 aviareysi ləğv edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir