İsmayıllı ərazisində kütləvi müşahidə olunan həşaratlar hansı böcək növüdür və təhlükəlidirmi? – Nazirlikdən açıqlama

“Son günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşarat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bildirib ki, bu böcəklərin bədən uzunluğu 32–35 mm, bədənin döş və qarıncıq hissələri sarımtıl, baş hissəsi isə qara rənglidir: “Onlara otlu çalılıqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar”.

Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən (Kolembola) kiçik həşaratlarla qidalanırlar. Təbiətdə həşaratlar arasında az rast gəlinən, qışı aktiv keçirmək qabiliyətinə malikdirlər. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır”.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi 21 dəfə pozulub

Read Next

Daha bir şəhid verdik- MN qanlı təxribata görə Ermənistanı ittihamladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir