İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdənin qaz təchizatında fasilə yaranacaq-BU GÜN

Qaz infrastrukturunda aparılacaq işlər səbəbindən bu gün bir sıra rayonda qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Etikxeber.az-a verilən məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 03.04.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Etikxeber.az

Read Previous

“Çingizsiz yaşamaq bizə çox çətin, çox ağırdır…”-KOLLEC TƏLƏBƏSİ, AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ, TƏK VƏ SUBAY ÖVLAD, 19 YAŞLI, LERİKLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÇİNGİZ BABAYEVİN ANASI SEVİNC BABAYEVA – FOTOLAR

Read Next

“Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, bu ölkəyə ciddi təzyiq göstərməlidir”-OMBUDSMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir