İsmayıllıda dəhşətli avtoqəza-BİR AİLƏNİN 3 ÜZVÜ ÖLDÜ… – FOTOLAR

Yanvarın 26-da Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Etikxeber.az xəbər verir ki, hadisə nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, onun həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva dünyasını dəyişiblər.

Ailənin digər üzvü Elcan Quliyev isə xəsarət alıb.

Qəza zamanı “Mercedes-Benz” markalı sərnişin mikroavtobusunda xəsarət alan şəxslər – Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıb.

Etikxeber.az

Read Previous

“Başın sağ olsun, Türkiyəm!” – FƏZAİL AĞAMALI

Read Next

Türkiyədəki zəlzələ zonasından təxliyyə prosesi baş çatdı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir