“İsmayıllıda gündə 15 min maska istehsal olunur…”-İCRA BAŞÇISI – FOTOLAR

İsmayıllı rayonunda yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində gündə 15 min tibbi maska tikilir. Maska istehsalı, 2013-ci ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuş, İsmayıllı Tikiş Fabrikində həyata keçirilir. Fabrikdə maska istehsalı aprelin 4-dən, Rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayıb və müəssisə gücləndirilmiş iş rejimində növbə ilə gündə 10 saat işləyir.

Etikxeber.az xəbər verir ki, bunu İsmayıllının icra başçısı Nahid Bağırov dilə gətirib.

“Tikiş prosesinə 50-ə yaxın işçi quvvəsi cəlb olunub.İstehsal prosesində istifadə olunan parçanın tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə, tibdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanılır. Həmçinin, yaşıllaşdırma, təmizlik, kommunal xidmətlər sahələrində çalışan və aztəminatlı təbəqənin digər üzvlərinə təmənnasız təqdim olunur”-deyə, icra başçısı sonra bildirib.

Etikxeber.az

Read Previous

“Bu dəfə fərqli vaxtda-koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən Əfv Sərəncamı imzalandı…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“Karantindəkilərin yaşadıqları yerlərə aparılması üçün Bakı-Qazax, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qusar marşrutları üzrə xüsusi avtobuslar ayrılsın”-DEPUTAT TƏKLİF VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir