İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidləri-CƏMİL, VÜSAL, AQİL, NİCAT, FAMİL, NOVRUZ…ÜÇ QOHUM-ÜÇ ŞƏHİD… – FOTOLAR – (BİRİNCİ HİSSƏ)

Hazırda, bir neçə saat olar ki, İsmayıllıdayıq…

İsmayıllımıza da İkinci Vətən Müharibəsi Şəhidimiz Cəmil Məmmədlinin ailə üzvləri ilə birlikdə gəlmişik…

Şəhidimiz Bakı şəhərində, Səbail rayonunda, Bayıl qəsbəsində, Buxta küçəsində yaşasa da, böyüyüb boya-başa çatsa da, əslən İsmayıllıdandır…

Atası da, anası da İsmayıllının İsmayıllı (el arasında Aşağıbaş adlanır) kəndindəndir…

Şəhidliyinə qədər qeydiyyat ünvanları İsmayıllı rayonu olduğu üçün də, ata-baba yurdunda, İsmayıllının Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Evin tək oğlu, ali təhsilli Cəmil Məmmədli Füzuli istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıb…

Ölümündən sonra üç medalla – “Vətən uğrunda”, “Fuzilinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

İsmayıllıya çatarkən ilk öncə Şəhidlər Xiyabanını-İsmayıllının Birinci və İkinci Qarabağ Savaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərini ziyarət etdik…

Şəhidlər Xiyabanında İsmayıllı Şəhidlərinin az bir qismi, 16 Şəhidimiz uyuyur ki, onlardan 6-sı İkinci Vətən Müharibəsinin Şəhidləridir…

Cəmil, Vüsal, Aqil, Famil, Novruz və Nicat…

Cəmil Aqil yaxın qohumdurlar…

Cəmilin digər qohumu, dayısının qayını oğlu, Cülyanlı Teymur Saday oğlu Osmanlı da İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir (Sabah Teymurun ailəsini ziyarət etmək üçün Cülyana gedəcəyik)…

Üç qohum, üç Şəhid…

Hər üçü də eyni ayda-oktyabrda Şəhid olub…

15, 17 və 23 oktyabr…

İkisi Şəhidlər Xiyabanında, Teymur isə Cülyan kənd qəbiristanlığında dəfn olunub…

Şəhidlər Xiyabanını, Şəhidlərimizi ziyarətdən sonra Cəmilin baba-ata ocağına gəldik…

İstər Şəhidlər Xiyabanında yaşananları, istərsə də baba-ata ocağındakı Cəmilsizliyi… sözlərlə, kəlmələrlə təsvir etmək çox çətindir… Sözlər, kəlmələr bu anda, sadəcə, acizdir…

Bakıdakı, son dərəcədə şəraitsiz olan evlərində olduğu kimi, baba-ata ocağında da Cəmilin guşəsi var…Şəkilləri, fotoları, diplomları…

Hər yerdən Cəmilin ruhu boylanır…Hər yeri Cəmilin ruhu işıqlandırır, nurlandırır…

Ailəsini-atası Habil kişini, anası Aygün xanımı, bacısı Aybənizi…yaşadan da, ayaq üstə saxlayan da elə bunlardır…Cəmilin ruhu və nuru…

Ruhu qarşısında baş əyirik!

Məkanı cənnətlik olsun, nur içində yatsın, nur üzlü Şəhidimiz!

Allah bütün İsmayıllı Şəhidlərimizə, cəmi Şəhidlərimizə qəni-qəni rəhmət etsin!

Baş tacımız, and yerimizdirlər!

(Davamı olacaq)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

26.04. 2021, İsmayıllı

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-806 NƏFƏR – DAHA 31 ÖLÜM…

Read Next

Üç tələbə yoldaşı…Üç can dostu…Üç Şəhid-RAMİL, TƏRLAN VƏ CAVİD… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir