İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidləri: AQİL MİRZƏLİYEV VƏ FƏRİD ƏLİYEV…AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİM, OCAQLARINI, MƏZARLARINI ZİYARƏT ETDİM…- FOTO-VİDEO – YENİLƏNİB – (2)

Bu gün, 8 may 2022-ci il tarixində-səhər və günorta saatlarında daha iki Şəhidimizin ailəsində oldum…

Daha iki Nur üzlü Şəhidimizin ailəsini, ocağını ziyarət etdim…

İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aqil Mirzəliyev və Fərid Əliyevin ailəsini, müqəddəs ocağını…

Qeyd edim ki, hər iki Şəhidimiz haqqında bir neçə dəfə yazsam da, paylaşımlar etsəm də, dəfələrlə valideynləri ilə müxtəlif məkanlarda bir araya gəlsəm də, onların ailəsində, ocağında olmamışdım…

İlk dəfə idi ki, onlarda olurdum…

Çünki digər Şəhidlərimiz kimi AqilFəridin də ailələrini ziyarət etmək, onlara, Yaralı, Dərdli və Məğrur insanlara baş çəkmək borcum, insanlıq, vətəndaşlıq görəvim idi…

Üst-üstə hər iki ziyarətim 4 saata yaxın çəkdi…

Həm Aqilin valideynlərinə- Aynurə xanıma, Mehman kişiyə və ali məktəb tələbəsi olan qardaşı Vüqara, həm də Fəridin valideynlərinə-Rəna xanıma və Hamlet müəllimə bir daha başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm dilədim, bir daha onlara “Şəhidlərimizin məkanları cənnətlik, ruhları şad olsun!”-dedim…

Onlarla Fəxr duyduğumuzu, duyduğumu, Qürur hissi keçirdiyimizi, keçirdiyimi dilə gətirdim…

Ziyarət zamanı həmçinin hər iki Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna ekskurs edildi, onların İgidliyindən, Qəhrəmanlığından, Vətənpərvərliyindən, Vətənə, Dövlətə, Torpağa bağlılığından danışıldı, bəhs edildi…

Qeyd edim ki, hər iki Şəhidimiz-Aqil də, Fərid də İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi iştirak ediblər və canlarından çox sevdikləri Vətənləri yolunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…

Hər ikisi də ailənin iki övladından biri olub…

Aqil iki qardaşdan biri, Fərid isə ailədə bir bacı-bir qardaş olub…

Hər ikisi də subay idilər…

Yeri gəlmişkən, Aqilin daha iki qohumu-Cəmil Məmmədli və Teymur Osmanlı da İkinci Vətən Müharibəsi Şəhidləridir…Üç qohum, üç Şəhid…

Ocaqlarını ziyarət etdiyim Şəhidlərimizin hər ikisi də İsmayıllıda dəfn ediliblər: Aqil İsmayılllı Şəhidlər Xiyabanında, Fərid isə doğulub boya-başa çatdığı Kürdmaşı kəndinin qəbiristanlığında…

Eyni zamanda, valideynləri ilə birlikdə Fəridin məzarını ziyarət etdim, ruhu qarşısında ehtiramla baş əydim…

Aqil məzarını isə dünən axşam saatlarında ziyarət etmişdim…

Hər zaman, hər an Şəhidlərimizə-Aqillərə, Fəridlərə…borcluyuq, borcluyam…

Onların borcundan heç zaman çıxa bilmərik, çıxa bilməyəcəm…

Onlara olan borcumuz ödənməyəcək, onlara olan borcumu heç zaman ödəyə bilməyəcəm…

Bir daha ruhları qarşısında baş əyirəm!

Məkanlarını bir daha cənnətlik, məqamları bir daha Uca olsun deyirəm!

Nurlar içində uyusunlar!

13:40

FOTOLAR:

13:53

***

14:02

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-İsmayıllı-Kürdmaşı-Bakı

Etikxeber.az

Read Previous

“Bu, mühüm siqnal olardı…”-ZELENSKİ YENİDƏN BAYDENİ KİYEVƏ DƏVƏT ETDİ

Read Next

Daha 12 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir