Bu gün-9 avqust 2023-cü il tarixində yenidən İsmayıllı rayonunun Kürdmaşı kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu, cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalan və hələ də Orden Haqqı tanınmayan Fərid Hamlet oğlu Əliyevin məzarını və ocağını ziyarət etdim…
Şəhidimizin məzarı, müqəddəs ruhu önündə baş əydim, ruhuna dualar etdim…
Allahdan ailəsinə səbr və dözüm dilədim…
Sonra evində, ocağında oldum…
Dərdli, Yaralı, həm də Dik duruşlu, Qəhrəman valideynləri, ailə üzvləri, o cümlədən doğmaları ilə görüşdüm, bir araya gəldim…
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Şəhidimizə, cəmi Şəhidlərimizə, Vətəni, Qarabağı yolunda canlarını fəda etmiş, sağlamlıqlarını qurban vermiş Vətən övladlarına, onları bu Vətən üçün yetişdirən Qəhrəman valideynlərə, Qəhrəman ailələrə bir ömür boyu borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…
Fəridlərin, cəmi Şəhidlərin, Qazilərin, Vətən sevdalılarının heç bir zaman borcundan çıxa bilməyəcəyimi, çıxa bilməyəcəyimizi söylədim…
Şəhidimizin üç ildir muzeyə çevrilmiş otağını, ev-muzeyini ziyarət etdim…
Kövrəldim, təsirləndim, duyğulandım, sözlər, kəlmələr boğazımda düyümləndi…
Şəhidimizin valideynləri-anası Rəna xanım, atası Hamlet müəllimlə söhbətləşdim, dərdləşdim…
Allah bir daha və bir daha səbr və dözümlərini versin!
Böyük Yaradan qarşıdan, cəmi 18 gündən sonra üçüncü ildönümü, Anım Günü gələn Fərid Əliyevin məqamını Uca, dərgahını mübarək etsin!
Fəxrimiz, Qürurumuz, Baş tacımızdır!
Nur içində yatsın!
***
FOTOLAR:
























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az