Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xorvatiyada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Etikxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, finalda İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İspaniya 4:1 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə Avropa çempionu olub.
Qeyd edək ki, ötən il U-17 Avropa çempionatı Azərbaycanda keçirilib. Turnirin qalibi Portuqaliya olub.
Etikxeber.az