İspaniya ikinci dəfə-DÜNYA ÇEMPİONU OLDU – FOTO – YENİLƏNİB

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

Etikxeber.az xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

***

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisi mükafatlandırılıb.

Dünya çempionlarına qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.

Finalda uduzan Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentinaya 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.

Etikxeber.az

Read Previous

Cənnətdəki altıncı doğum günündə, 46 yaşının tamamında-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, MAYOR FƏRİD ƏLƏKBƏROVUN HƏRBİ MEMORİAL MƏZARLIQDAKI MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar bəxş etmiş İspaniya futbolçularına yeni-yeni uğurlar arzulayıram”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir