İsrail Prezidenti Gürcüstana gəldi

İsrail Prezidenti Reuven Rivlin yanvarın 9-da Gürcüstana rəsmi səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Tbilisi beynəlxalq aeroportunda İsrail dövlətinin başçısını və onun xanımını Gürcüstanın dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bu gün İsrail dövlətinin başçısının Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüşü olacaq. Prezidentlər görüşün yekununa dair mətbuata bəyanatlarla çıxış edəcəklər.

R.Revlin, həmçinin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Yanvarın 10-da səfərin sonuncu günü isə İsrail Prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq.

Etikxeber.az

Read Previous

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2,3 milyona çatıb

Read Next

Üç aviareys təxirə salındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir