İsrail Prezidenti yanğınların söndürülməsində iştirak edən FHN-in əməkdaşlarına təşəkkür etdi – FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, təyyarə noyabrın 27-də əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 kilometr radiusda hava məkanında növbə çəkib.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Reuven Rivlin ölkəsində yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşərək, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.

israil-fhn-1

Etikxeber.az

Read Previous

Fiyon 2017-ci il prezident seçkilərində sağçıları təmsil edəcək

Read Next

2 və 7 nömrəli marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir