Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran və ölkənin digər bölgələrinə aviazərbələr endirir.
Bu barədə İsrail mediası xəbər yayıb.
***
İran tərəfindən də İsrailin paytaxtı Tel-Əvivə raket zərbələri endirilir.
İsrail mediasının yaydığı məlumata görə, İran tərəfindən ən azı 4 nöqtə vurulub.
Eyni zamanda,raket zərbələri nəticəsində ən böyük xəstəxanlardan birinə ciddi ziyan dəyib.
Atılan ballistik raketlərdən biri Beerşeba şəhərində yerləşən Soroka xəstəxanasına düşüb.
Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
08:55
***
İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.
Bu barədə o, özünün “X” hesabında paylaşım edib
Netanyahu “Bu səhər İranın terrorçu tiranları Beerşeba şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik”-deyə, vurğulayıb.
10:39
***
İsrailin Beerşeba şəhərindəki Soroka xəstəxanasında yaralananların sayı 50-yə çatıb.
Bu barədə İsrail mediası məlumat yayıb.
***
İranın hava hücumları nəticəsində bu gün İsraildə yaralananların sayı 129-a yüksəlib.
Etikxeber.az