İsrail və ABŞ-ın yenidən İrana hücumu başladı-TEHRANDA ARDICIL PARTLAYIŞLAR BAŞ VERDİ, İRAN VƏ İSRAİL HAVA MƏKANLARINI BAĞLADI, TRAMP “İRANIN RAKET SƏNAYESİNİ VƏ DONANMASINI MƏHV EDƏCƏYİK”-DEDİ, “SEPAH”I TƏSLİM OLMAĞA ÇAĞIRDI – YENİLƏNİB – (9)

Tehranda partlayış səsləri eşidilib.

Etikxeber.az “Təsnim”ə istinadən xəbər verir ki, şəhərdən səmaya qalxan tüstü müşahidə olunur.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

***

İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə edib.

Bunu müdafiə naziri İsrael Katz deyib.

Bildirib ki, yaxın gələcəkdə İsrail Dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.

Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.

“Cəbhə Komandanlığının və hakimiyyət orqanlarının təlimatlarına əməl edilməli və qorunan ərazilər qorunmalıdır”, – nazir qeyd edib.

***

İsraildə fövqəladə vəziyyət elan edilib.

Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

Bildirib ki, bu qərar gözlənilən mümkün raket və PUA hücumları fonunda verilib.

Qeyd edək ki, İsrail Tehrana hücum edib.

***

İsrail hava məkanını bağlayıb.

Nəqliyyat naziri Miri Regev Mülki Aviasiya İdarəsinə mülki uçuşlar üçün hava məkanının bağlanması üçün göstəriş verib.

***

İsrailin İrana hücumu nəticəsində Tehranda beşinci partlayış qeydə alınıb.

Bu barədə isə Türkiyə mediası məlumat yayıb.

10:57

***

İsrailin hücum etdiyi hədəflər arasında İranın Ali Rəhbəri Əli Xameneinin ofisi də var.

Bu barədə “AP” məlumat yayıb.

***

İrana qarşı hücum ABŞ və İsrailin müştərək hücumudur.

Bunu İsrail rəsmisi “Channel 12”-ə danışarkən deyib.

İsrail İranda təxminən 30 hədəfə zərbələr endirib.

***

İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Tehranda deyil.

Bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

11:05

***

İranın hava məkanı bağlanıb.

Bu barədə İran mediası xəbər yayıb.

İranın hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb.

Qeyd edək ki, İsrail mediası təxminən 30 hədəfə zərbə endirildiyini barədə xəbər verib.

11:13

***

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, – Tramp qeyd edib.

O, həmçinin bildirib ki, İranın raket sənayesini və donanmasını məhv edəcəklər.

“47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına malik ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki , bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”, – Tramp qeyd edib.

11:44

***

ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) silahı yerə qoymağa çağırıb.

Tramp belə olacağı təqdirdə, onlarla ədalətlə rəftar ediləcəyini bəyan edib.

“Əks təqdirdə, onlar qəti ölümlə üzləşəcəklər”, – Tramp vurğulayıb.

Tramp ABŞ qüvvələrinin də itkilərlə üzləşə biləcəyini əlavə edib.

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidləri Əlövsət Məmmədovla Elman Həsənov və Xudatlı Antiterror Şəhidi Devid Cəlilov-BU GÜN HƏR ÜÇ ŞƏHİDİN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ, MÖVLUDLARIDIR…

Read Next

XİN Azərbaycan vətəndaşlarını İranı tərk etməyə və ora səfər etməməyə-ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir