Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Xəbər verdiyimiz kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, “Şərəf” və “Şöhrət” ordenli Ziyad Səmədzadəyə tanınmışların, ulduzların, məşhurların dəstək nümayişi, dəstək yağışı davam edir.
Etikxeber.az-a daxil olan məlumata görə, belə ki, fevralın 6-da, axşam saatlarında Azərbaycanın daha bir qrup tanınmış sənətçisi-Xalq artistləri, Əməkdar artistlər, mədəniyyət xadimləri Ziyad Səmədzadəyə dəstəklərini, xeyir-dualarını vermək üçün onun Seçki Qərargahına gəliblər.
Ziyad Səmədzadəyə dəstəklərini bildirmək üçün onun Seçki Qəragahına gələnlər arasında Xalq artistləri-Afrandil İsrafilov, Nurəddin Mehdixanlı, Aygün Kazımova, Zamiq Əliyev, İlqar Muradov, Aygün Səmədzadə, Eyyub Yaqubov, Zaur Rzayev, gənc və tanınmış sənəçilərdən Rəşad İlyasov, Ayaz Qasımov, Samir Cavadzadə, Günel İbrahim, tanınmış mədəniyyatşünas, professor Fuad Məmmədov və digərləri olub.
Sənətçilərin, məşhurların Ziyad Səmədzadə ilə onun Seçki Qəragahında baş tutan və iki saatdan artıq davam edən görüşü öz səmimiliyi və coşqusu ilə fərqlənib, yadda qalıb.
Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı geniş çıxışında deyib ki, onu layiqli namizədin parlamentdə təmsil etməsini istəyir:
“Məni istəyirəm ki, layiq olan, millətimi təmsil etməyi bacaran insanlar parlamentə seçilsinlər. Əgər məni Ziyad Səmədzadə təmsil edərsə, mən fəxr edəcəyəm və Ziyad Səmədzadəyə görə, millətimə münasibət formalaşacaq…”.
Görüşdən iki videonu təqdim edirik:
Etikxeber.az





