“İstər köhnə simalar olsun, istərsə də yeni, öz kampaniyamı aparacam və…” -ƏLABBAS MƏHƏRRƏMLİ

Əlabbas MƏHƏRRƏMLİ: “2015-ci ildə yaranmış yeni əlaqələr mənə bu seçkilərdə çox faydallı olacaq…”

Etikxeber.az-ın müxbirinin suallarını  Quba rayonundan parlament seçkilərdə iştiraka qərar vermiş  politoloq Əlabbas Məhərrəmli cavablandırır:

-Əlabbas bəy, növbədənkənar parlament seçkilərinə start verilib və siz də artıq namizədliyinizi irəli sürmüsünüz. Bu seçkilərdən nə gözləyirsiniz? 

-Öncə onu deyim ki, parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi haqda ehtimallar hələ ötən ildən səslənirdi.

Bu ehtimalı dəstəkləyənlər də, inkar edənlər də çox idi. Amma seçkilər artıq təyin olunub, iddialı şəslər, təşkilatlar öz qərarlarını verməkdədirlər. Mən ilk dəfə 2015-ci ildə keçirilmiş parlament seçkilərində 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Mənim üçün ilk təcrübə olmasına baxmayaraq, kifayət qədər aktiv seçki kampaniyası apardım. Doğrudur, nəticə gözlədiyim kimi olmasa da, seçkidə iştirak mənə böyük təcrübə qazandırdı. Artiq səlahiyyətli nümayəndəm sənədləri DSK ya təqdim edib. Seçkidən nə gözlədiyimə gəldikdə, əlbəttə ki, qalib gəlmək iddiasındayam. Yəni, seçkilərə “əsas məsələ iştirak etməkdir” prinsipi ilə qatılmıram.

– Bu iddianızın real əsası varmı? Hər halda, rəqibləriniz də olacaq, yəqin ki onlar da sizin kimi seçkiyə boşuna qatılmırlar?

– Təbii ki, mən namizədliyimi irəli sürəndə, bütün məqamları nəzərə almışam.Ölkə başçısı cox sürətli struktur islahatları aparır, gənclərin yüksək postlara təyinatlarını görürük və cəmiyyətində bu qərarlara müsbət reaksiyasi var.Deməli xalqda,secicidə gənclərə böyük etimad göstərəcək.Onuda deyim ki, Qubada doğulub-böyümüşəm, təvözəkarlıq olmasın, ailəmiz rayonun hörmətli ailələrindən biridir, rayona bağlılığım heç vaxt azalmayıb. Rayonun və seçicilərin problemlərini, onları narahat edən məsələləri həmişə diqqətdə saxlamışam, imkan daxilində kömək etməyə çalışmışam.

İndi secilərəmsə mandatim,səlahiyyətim olar.Siz şahidi olmusuz ölkə başçısı, Mehriban xanım rayonlara gedəndə insanlarla şəxsən görüşürlər, onlardan məktublarını bir bir alirlar.Bu mənada mandatım olarsa, seçicim ilə hakimiyyət arasinda körpü rolunu oynayacam. Secicini təmsil etmək budur. Bir də ki, 2015-ci ildə yaranmış yeni əlaqələr mənə bu seçkilərdə çox faydalı olacaq. Yəni, bu detallar, həmçinin seçicilərin münasibəti məndə əminlik yaradır. Təbii ki, seçkidə başqa rəqiblər də olacaq, onların kimliyini hələlik bilmirəm. Amma digər namizədlərin kimliyi mənim fikrimi dəyişmir. Sona qədər mübarizə aparacam. Yaxşı olardı ki, namizəd olmağını düşünən şəxslər reallığı nəzərə alsinlar.Bu gün aparilan islahatlara,siyasi xəttə hörmətlə yanaşsınlar.

– Ümumiyyətlə, kimlərlə rəqib olacağınızı gözləyirsiz?

– Bunu dəqiq deyə bilmərəm. Mənim sənədlərim DSK-ya təqdim olunanda, namizədliyini irəli sürən başqa heç kim yox idi. Düzdür, 52-ci dairədə müəyyən şəxslərin seçkiyə qatılacağını eşitmişəm. Ancaq bildiyim qədər, o dairədə hələ başqa namizəd irəli sürülməyib. Yenə deyirəm, mənim üçün fərqi yoxdur, kiminlə rəqabət aparacam. İstər köhnə simalar olsun, istərsə də yeni, öz kampaniyamı aparacam və qalib gəlmək üçün əlimdən gələni edəcəm ki, qubalıları Milli Məclisdə təmsil etmək hüququ qazanım.

– Köhnə simalardan danışdınız, yeni parlamentin tərkibini necə görürsüz? Sizcə, çox dəyişiklik olacaq?

– Buna nə mən cavab verə bilərəm, nə də başqası. Milli Məclisin tərkibini xalq müəyyənləşdirməlidir. Kimlər olacaq, hansı yaşda olan namizədliklərə üstünlük veriləcək… Bunlar artıq seçicilərin qərar verəcəyi detallardır. Amma çox arzuolunandır ki, Milli Məclisdə ölkənin maraqlarını hər şeydən üstün tutan, yeni çağırışları qiymətləndirə bilən, əsas da seçiciləri ilə səmimi olan insanlar təmsil olunsunlar. Heç kəsin hüquqlarına toxunmadan deyirəm ki, mən özümü o sırada görürəm və qalib gəlmək iddiasındayam. Planlarım coxdur,Qubalılarıma xidmətdən qürur duyuram, bunu əməlimlə sübut edəcəyəm.

Etikxeber.az

Read Previous

Qatar sərnişin avtobusu ilə toqquşdu – AZI 3 ÖLÜ, 22 YARALI

Read Next

Saakaşvilinin iqamətgahı hərracda 7,5 milyon lariyə satıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir