“İstəyirəm onları hamı tanısın, bütün Azərbaycan, bütün dünya bilsin ki…”-JALƏ ƏLİYEVA BƏRGÜŞAD VƏ LƏK ŞƏHİDLƏRİNDƏN YAZDI

Qarabağımız, Vətənimiz uğrunda qəhrəmancasına canından keçən minlərlə şəhidimiz arasında Ucarın Bərgüşad kəndinin də beş igidi var.

İstəyirəm onları hamı tanısın. Bütün Azərbaycan, bütün dünya bilsin ki, bu kənd 2-ci Vətən müharibəsində beş şəhid verib.

Kazımov Kamran Qurbanəli oğlu, Süleymanov Səbuhi Ələkbər oglu, Mehdili Niftalı Knyaz oglu, Qəfərli Samir Möhlət oglu, Məmmədli Şaxı Elman oglu.

Bu gün şəhidlərimizin məzarlarını ziyarət etdik. Biz məzarlığa daxil olarkən şəhid Məmmədli Şaxı Elman oğlunun məzarının son təmir işləri aparılırdı. Sabah onun 40 mərasimidir.

Atası Elman müəllimə, ağsaqqal əmisinə dərin hüzünlə baş sağlığı verdik. Allahdan səbir dilədik.

Digər şəhid ailələri, şəhid anaları ilə də görüşüb, yaralarına mərhəm olmağa çalışdıq, istəklərini, xahişlərini dinlədik. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Dünən isə Lək kəndinin yeganə şəhidi olan Cəbrayılov Xəyal Rafiq oğlunun ailəsini və məzarını ziyarət etmişdik.Ucar rayonunun Bərgüşad, Lək və Xələc kəndlərindən ümumilikdə 128 gəncimiz 2-ci Qarabağ savaşında iştirak edib.

6 nəfər şəhid olub, 8 nəfər qazi kimi geri qayıdıb.

Qazilərimiz Cəfərov Vəli Musa oğlu, Məhərrəmov Əkbər Məhərrəməli oğlu, Həsənli Ayaz Həsrət oğlu, Abbaslı Samir Yusif oglu, Azaylı Əsgər Azay oğlu, Şirəliyev Soltan Aslan oğlu, Rzayev Bulud Tahir oğlu, Nuri Ülvi İbrahimxəlil oğluna tezliklə sağalmalarını arzulayır, yastığınız yüngül olsun, deyirik.

Bunu da öyrəndik ki, Ülvi ilə birlikdə müharibədə qardaşı Xəzər də iştirak edib.

Çox şükür, yara almadan geri qayıdıb. Bu gün ataları İbrahimxəlil qardaşa ikiqat gözaydınlığı verdik, onun böyük ürəyinin qarşısında baş əydik.

Allah bu igid oğullarımızı, Vətənimizi qorusun!

Amin!

Jalə Əliyeva,

Millət vəkili

Etikxeber.az

Read Previous

Gəncəli deputatlar Şəhid və Qazi ailələrinə-BAŞ ÇƏKDİLƏR – FOTOLAR

Read Next

“Şərəfli alim ömrü”-SİFARİZ SƏBZƏLİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir