İstanbul-Bakı və Roma-Bakı reysləri ilə 391 azərbaycanlı vətənə gətirildi-AZAL

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Etikxeber.az

Read Previous

Milli Məclisin Əmək və sosial siyasət komitəsi: HADİ RƏCƏBLİ, ŞAİTDİN ƏLİYEV, MUSA QULİYEV, MƏLAHƏT İBRAHİMQIZI, AYDIN MİRZƏZADƏ, ƏKRƏM ABDULLAYEV…

Read Next

Azərbaycanda koronavirusa yoluxmuş daha dörd nəfər sağaldı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir