İstanbulla Bakı arasında səkkiz təyyarə reysi ləğv edildi

İstanbul və Bakı arasında səkkiz təyyarə reysi ləğv edilib.

Bu barədə Etikxeber.az-a Heydər Əliyev Bakı Beynəlxalq Hava limanından verilib.

Məlumata görə, İstanbuldakı qarlı-şaxtalı hava üzündən İstanbulun Atatürk hava limanından Bakıya uçmalı olan TK 334/J2 6334 (yanvarın 9-u saat 20.00-da Bakıya eniş etməli idi), TK 336/J2 6336 ( yanvarın 10-u saat 01.50-də Bakıya eniş etməli idi), TK 338/J2 6338 (yanvarın 10-u saat 05.40-da Bakıya eniş etməli idi), Sabiha Gökçen hava limanından TK 340 (yanvarın 10-u saat 03.50-də Bakıya eniş etməli idi) saylı reyslər ləğv edilib. Bundan başqa, Bakıdan İstanbulun Atatürk hava limanına TK 335/J2 6335 (yanvarın 9-u saat 20.55-də yola düşməli idi), TK 339/J2 6339 (yanvarın 10-u saat 04.45-də yola düşməli idi), TK 337/J2 6337 (yanvarın 10-u saat 07.50-də yola düşməli idi), Sabiha Gökçen hava limanına TK 341 (yanvarın 10-u saat 06.10-da yola düşməli idi) saylı reyslərlə də uçuş həyata keçirilməyib.

Uçuşların nə vaxta təxirə salındığı barədə məlumat yoxdur. Ləğv edilən reyslərin hamısı “Türk hava yolları”na məxsusdur. Qeyd edək ki, “Türk hava yolları” İstanbuldan təkcə bu günə planlaşdırılan 121 reysi ləğv edib.

“Azərbaycan Hava Yolları”na məxsus J2 8076/TK 8438 və J2 8080/TK 8436 saylı reyslər isə İstanbuldan Bakıya həyata keçirilib və artıq Azərbaycan paytaxtına çatıb.

Etikxeber.az

Read Previous

O, bir Allah vergisi, fitri istedad idi… – QƏNİRƏ PAŞAYEVA

Read Next

Düşmən sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir