“İstefa” iki şair arasında “söz duellosu”na döndü – “Yəyqin o yazarları təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər”

“Çox dəyərli Fikrət Qoça! Biz görmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrükləşər. Ançaq sizin nənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi.Və sizə cavab vermək məcburətində qadım.
Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident H.Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu.Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən yenə də o fikrimdə qalıram. Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil.Mənim istefa verməyim də ad günü məsələsi yox, YB-nin mənə münasibətidi…”

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verən tanınmış Rüstəm Behrudi adıçəkilən qurumun  birinci katibi, Xalq şairi Fikrət Qocanın onun istefasına münasibətinə mövqeyini bildirəkən deyib.
“Siz yəyqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu, çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz!
Bugünkü açıqlamanızdan hiss elədim ki, siz həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.

Qaldı adını gündəmə gətirmək məsələsinə.Əgər, vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız,bilərdiniz ki, 40 ildir ki,ömrünü-gününü hay-küy salmadan,vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş ,hələ gənc yaşlarında şerləri Türkdilli xalqlar arasında dillər əzbəri olan,kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz.Mən sizin açıqlamanızı qeyri-səmimi,həqiqətdən uzaq bir şey hesab eləyirəm”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Bir daha xatırladaq ki, F. Qoca AzNews.az-a açıqlamasında Behrudinin istefasından xəbərsiz olduğunu bildirib. “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”-deyən F. Qoca  R.Behrudiyə uğuğlar da arzulayıb.

fikret-qoca

Etikxeber.az

Read Previous

Fikrət Qoca da Behrudinin istefasından danışdı: “O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik?”

Read Next

Şahmat Olimpiadasının bağlanış mərasimi keçirildi- “Yenidən qayıdacağıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir