ABŞ-ın Təhlükəsiz Araşdırma Layihələri Agentliyi istiqamətini dəyişə bilən, 50 millimetr kalibrli mərmi hazırlayıb.
Etikxeber.az xarici saytlara istinadla xəbər verir ki, agentliyin nümayəndələri mərminin atəş açılandan sonra istiqamətini dəyişə bildiyini və onun “real vaxt optik bələdçi” sistemindən istifadə olunmaqla dizayn edildiyini deyiblər.
Vurğulanıb ki, mərmi ABŞ əsgərlərinin Əfqanıstandakı müharibə zamanı şikayət və təcrübələri əsasında hazırlanıb. Çünki Əfqanıstanda tez-tez müşahidə olunan tozlu və küləkli, əlverişsiz şəraitdə hərəkətli hədəfləri ələ keçirmək mövcud texnologiya ilə çox çətin idi. İndiyədək ancaq filmlərdə gördüyümüz bu mərmi həmin çətinliyin aradan qaldırılmasına nail olub.
Etikxeber.az