İtkin düşən neftçilərlə bağlı axtarış-xilasetmə əməliyyatları gücləndirilib- QƏRARGAN

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hadisə baş verən gün mövcud hidrometeoroloji vəziyyət, küləyin istiqaməti hər gün olduğu kimi bu gün də mütəxəssislər tərəfindən bir daha təhlil olunub və estakadanın dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış-xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib.

Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirməkdədir.

Qeyd edək ki, 2016-cı il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Etikxeber.az

Read Previous

Bugünkü hərracda dolların məzənnəsi 1,7742 manat təşkil edib

Read Next

Ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər xəsarət alıb- DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir