“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir”-HİKMƏT HACIYEV

Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsin şəxsiyyəti müəyyən edilib. Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələr gördüyü, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını verməkdən imtina edir.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”-da yazıb.

Bildirib ki, qalıqları tapılmış 15 nəfərdən biri olan Hüseynov Gülverdinin qızları atalarının 30 ildən sonra nəhayət ki, məzara qovuşmasına görə çox seviniblər.

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir. Amma Ermənistan bu faktları gizlətməyə, inkar etməyə davam edir”-deyə, Prezidentin köməkçisi əlavə edib.

Etikxeber.az

Read Previous

“Rəhmətlik yoldaşım məşhur Vəkilovlar nəslindəndir, oğlum-Şəhidim Səməd Vurğunun doğmaca əmisi nəvəsidir…”-AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, 8 İLİN HƏRBÇİSİ, NƏŞİ 7 AY 9 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN ANASI NƏRGİZ VƏKİLOVA – FOTOLAR

Read Next

“İşə çox ciddi ehtiyacım var…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, KOLLEC TƏHSİLLİ, HAZIRDA ALİ TƏHSİL ALAN-ÜÇ MEDALLI QAZİ AQİL AZƏR OĞLU YUSİFOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir