İtkin pilot Əliyevin müşavirinin, İsa Qəmbərin eks müavininin kürəkənidir – MÜDAFİƏ NAZİRİ ƏMƏLİYYAT QƏRARGAHINA GƏLDİ – YENİLƏNİB

Ötən gecə Xəzər dənizində Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşən pilot tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Etikxeber.az  məlumat verir ki, sabiq müşavir faktı “redaktor.az”a təsdiqləyib.

Q. Hüseynlinin sözlərinə görə, axtarışlar davam etdirilir:

“İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır. Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Axtarışlar davam etdirilir”.

***

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.

mudd

Etikxeber.az

Read Previous

“Əliyevin bu addımı alqışa və təqdirə layiqdir” – KAMİLƏ ƏLİYEVA – SİYASİLƏRDƏN VİZA QƏRARINDA ÖLKƏ PREZİDENTİNƏ DƏSTƏK – YENİLƏNİB – (2)

Read Next

“Məndən əvvəlki və sonrakı baş nazirlər türk kökənli olublar” – MALAZİYANIN 94 YAŞLI BAŞ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir