Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Birinci Qarabağ Savaşı Şəhidlərindən, itkin Şəhidlərimizdən olan İlham Fətulla oğlu Qəhrəmanovun Anım Günüdür.
Etikxeber.az xəbər verir ki, bu gün-25 iyun 2026-cı il tarixində İlham Qəhrəmanovun Şəhadətindən 34 il keçir.
Goranboy rayonunun Dəliməmmədli qəsəbəsindən (şəhərindən) olan İlham Qəhrəmanov 1959-cu ilin mart ayının 2-də dünyaya gəlib.
Keçmiş Sovet ordusunun peşəkar hərbçilərindən olub.
SSRİ dağılan ərəfədə Almaniyada (keçmiş ADR-də) hərbçi kimi fəaliyyət göstərib.
SSRİ-nin süqutundan, Azərbaycanın ikinci müstəqilliyindən sonra yenidən Vətənə dönüb, yeni yaranmaqda olan Azərbaycan Ordusunda peşəkar hərbçi-zabit kimi fəaliyyətə başlayıb, Birinci Qarabağ Savaşında iştirak edib.
1992-ci ilin iyunun 25-də isə (keşmiş döyüş yoldaşlarının dediyinə görə) döyüşlər zamanı Şəhid olub, itkin düşüb.
İtkin Şəhidlərimizdəndir.
Dəliməmmədli qəsəbə qəbiristanlığında rəmzi məzarı var.
İlham Qəhrəmanov həm də ailəli olub.
Bir qız övladı Vətənə əmanət qalıb.
Qızının isə iki övladı var.
Qızı da, həyat yoldaşı da ali təhsilli müəllimdir.
Məkanı cənnətlik olsun!
09:19
***
Anım Günündə, bu gün səhər saatlarında Şəhidin Dəliməmmədli qəsəbə qəbiristanlığındakı rəmzi məzarı ziyarət olunub, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə-həyat yoldaşına və qızına Allahdan səbr və dözüm arzulanıb.
Daha sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





