Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında İctimai Televiza və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə edilib.
Etikxeber.az-ın məlumatına görə, MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov namizədləri təqdim edib.
O, bildirib ki, İctimai Televiza və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnastitunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi – Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.
Qısa müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunub.
Etikxeber.az