IV İslam Həmrəyliyi Oyunları ilə bağlı media nümayəndələrinin akkreditasiyasına başlanılıb

12-22 may tarixlərdə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq istəyən media nümayəndələri üçün bu gündən etibarən İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya prosesi açıq elan olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, bu məqsədlə, media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər (https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi).

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Bildirilib ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

31 mart 2017-ci il tarixi media nümayəndələri üçün akkreditasiya prosesinin son müraciət tarixidir. 31 mart tarixindən sonra media nümayəndələri tərəfindən akkreditasiya üçün edilən müraciətlərə baxılmayacaq. Daha ətraflı məlumat üçün pressoperations@baku2017.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.

Etikxeber.az

Read Previous

Sabaha olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir