İvanovoda partlayış zamanı azərbaycanlı ailəsi də yaralanıb

Rusiyanın İvanovo şəhərində baş verən partlayış nəticəsində zərərçənlər arasında azərbaycanlı ailəsi var.

Etikxeber.az bildirir ki, Rusiya KİV-lərinin yazdığına görə, Ələsgərovlar ailəsi İvanovo şəhərinə 20 il əvvəl köçüb. Partlayış zamanı ailənin 21 yaşlı oğlu Elvin yaralanıb.

O, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə olmasa da, vəziyyəti ağırdır.

Araşdırma zamanı partlayışın baş verdiyi mənzil müəyyən edilib.

Partlayışa səbəb birinci mərtəbədəki mənzildə qazla işləyən su qızdırıcısı olub.

Cihazın təhlükəsizlik qayalarına riayət edilmədən quraşdırıldığı bildirilir.

Etikxeber.az

Read Previous

Mourinyo “Mançester Yunayted”də doqquz futbolçu ilə vidalaşacaq

Read Next

Kikboksçumuz erməni idmançı üzərində parlaq qələbə qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir