Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Millət vəkili, deputatlığa namizəd, professor Jalə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdabın Bıçaqçı kəndində şəhid ailələrini ziyarət edib.
Etikxeber.az xəbər verir ki, ilk öncə şəhid Ceyhun Şamilovun ailəsinə baş çəkilib, şəhidin atası Alxan Şamilovla, bacısı Sevinc xanımla görüşülüb.
Daha sonra şəhid İlqar Həsənovun ailəsinə baş çəkilib.
Hazırda xəstə yatağında olan anası Səyyarə Həsənova ziyarət edilib, ona şəfa dilənilib.
“Səyyarə anamıza keçmiş, yastğın yüngül olsun dedik…Eyni zamanda, qeyd edim ki, həmin ailədə daha bir Qarabağ müharibəsi iştirakçısı-veteranı yaşayır, şəhidimizin qardaşı Əliyusif qardaşımız…Bu ailə vətənə iki igid oğul verib-onlardan biri qəhrəmancasına şəhid olub, biri isə hazırda müharibə veteranıdır…
Böyük, qələbəlik bir ailədirlər, onların qonağı olduq…
Ümumiyyətlə, hər iki ailə ölkədə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, veteranlara, müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdan məmnunluq ifadə etdilər…
Və 9 fevralda vətəninə, dövlətinə, dövlətçiliyinə sadiq olan bir namizədə səs verəcəklərini bildirdilər, Jalə Əliyevanı dəstəkləyəcəklərini ifadə etdilər…
Daha sonra Bıçaqçı kənd orta məktəbinin həyətində şəhid Müşfiq Hacıyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik, çicək dəstələri düzdük…
Şəhidimizin qardaşı Bəxtiyar da orada iştirak edirdi və ailəsi adından öz təşəkkürlərini bildirdi”-deyə, J. Əliyeva bildirib.







Etikxeber.az





