Jalə Əliyeva “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri-NİYƏ VACİB SAYIR? – VİDEO

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva parlamentin müzakirəsinə çıxarılmış və artıq birinci oxunuşdan keçmiş “Sosial sığorta haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsini çox vacib hesab etdiyini və müsbət qiymətləndirdiyini bildirib.

Etikxeber.az-a açıqlamasında J. Əliyeva bu haqda fikir və təkliflərini MM-in dünənki plenar, eyni zamanda, üzvü olduğu Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında dilə gətirdiyini vuğulayıb.

Qeyd edib ki, dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan koronavirus pandemiyası ilə bağlı bir sıra addımların atılmasına ehtiyac yaranıb.

Onun sözlərinə görə, xüsusilə də, sahibkarların sosial sığorta yükünün azaldılmasına ciddi ehtiyac yaranıb.

“Eyni zamanda, sosial sığorta ödənişlərinin miqdarında ölkənin regionları üzrə əvvəllər mövcud olmuş fərqlərin yenidən tətbiqi də bir zərurətə çevrilib. Odur ki, sosial sığorta ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər həm sahibkarlar, həm ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. İlk növbədə də bu dəyişikliklərin qəbulu sahibkarların investisiya imkanlarını artırmış olacaq ki, bu da postpandemiya dövründə onlara əlavə imkanlar yaradacaq. Digər tərəfdən isə vergi ödəyicilərinin sayının artması ölkədə qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılmasına imkan verəcək. Beləliklə, reallaşdırılacaq növbəti islahat tədbirləri nəticəsində vətəndaşlar məcburi ödənişlərdən təxminən 50 faiz həcmində azad olunmaqla, vergi və sosial sığorta şəklində ödəməyəcəkləri vəsait hesabına cari tələbatları üçün daha artıq qənaət əldə etmiş olacaqlar…”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

J. Əliyevanın MM-in dünənki iclasında çıxışının videoyazısını da təqdim edirik:

Etikxeber.az

Read Previous

“Prezident Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Gələcəkdə belə hadisələrin baş verməməsi üçün zəruri addımların atılmasının vacibliyi Qazaxıstan tərəfinin diqqətinə çatdırılıb”-MM-İN DOSTLUQ QRUPUNUN RƏHBƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir