Jalə Əliyeva Vüqar Əhmədova niyə-MİNNƏTDARLIQ ETDİ?

Zərdab rayonunun Gəlmə kəndi ərazisində 200 ailənin 30 hektara qədər həyətyanı torpaq sahəsinin, 30 hektara yaxın pay, 5 hektara yaxın bələdiyyə torpağının, 5 hektara yaxın tut bağının suvarılması məqsədilə, habelə həmin ailələrin məişətdə və mal-qara üçün istifadə etdikləri su uzun illərdən bəri Gəlmə kənd orta məktəbində quraşdırılmış transformatordan qidalanan nasos vasitəsilə təmin edilirdi.

Rayondan aldığım məlumatda həmin transformatorun uzun müddət istismarda olması, eyni zamanda ötən müddət ərzində baş verən qısaqapanmalar və ətraf mühitin təsiri səbəbiylə yararsız vəziyyətə düşdüyünü, buna görə də kəndin su tələbatının mümkünsüz vəziyyətə gəldiyini, yaranan problemin vətəndaşların haqlı narazılığına səbəb olduğunu öyrəndik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Məlumatda bildirilirdi ki, Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən 160 kVA gücündə transformator ərazidə quraşdırılmaq üçün gətirilsə də, şəbəkəyə qoşulmasında çətinliklər yaranmış və nəticədə problemi həll etmək mümkün olmamışdır. Məsələnin qısa zamanda həllini tapması üçün Gəlmə -1 nasos stansiyası təcili şəbəkəyə qoşulmalı, bunun üçün isə texniki şərt alınmalı idi. Məsələdən xəbərdar olan kimi Azərişıq ASC-nin sədri Vüqar Əhmədovla əlaqə saxladıq. Vüqar müəllim qısa zamanda səsimizə səs verdi”-deyən millət vəkili qeyd edib ki, V. Əhmədov mühüm dövlət tapşırığı ilə bağlı olaraq Qarabağda ezamiyyətdə olmasına baxmayaraq, işin ciddiliyini və yaranan gərginliyi nəzərə alaraq cəmi bir-neçə saat ərzində problemin həlli üçün əlindən gələn köməyini əsirgəmədi və elə dünən axşam kənddə yeni transformator quraşdırıldı, elektrik təchizatı tam təmin edildi.

“Fürsətdən istifadə edərək, Azərişıq ASC-nin sədri, hörmətli qardaşımız Vüqar Əhmədova, sədr müavini Ramil Səfərova xahişimizə operativ reaksiya verdikləri və Zərdab rayonunun Gəlmə kəndində elektrik enerjisinin bərpasında göstərdikləri yardım üçün həm öz adımdan, həm də seçicilərim adından minnətdarlığımızı bildirir, işlərində uğurlar arzulayıram”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İrandan Azərbaycana 49 kq narkotikin keçirilməsinin qarşısı alındı-DSX MƏLUMAT YAYDI

Read Next

11 yeni yoluxma-1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir