Jalə Əliyevanın budəfəki qəbulu 4 saat çəkdi-QƏBULDA 40-A YAXIN VƏTƏNDAŞ İŞTİRAK ETDİ, DİNLƏNİLDİ VƏ… – FOTOLAR

Hər zaman seçicilərinin yanında olan millət vəkili Jalə Əliyeva növbəti dəfə seçiciləri-Zərdab sakinləri ilə bir araya gəlib.

Etikxeber.az xəbər verir ki, qəbul-görüşdən öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək düzülüb.

Sonra qəbul başlayıb və görüş Zərdabın Heydər Əliyev Mərkəzində keçirilib.

Görüş zaman millət vəkili seçicilərin və vətəndaşların problemlərini, qayğılarını diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələləri ilə müraciət ediblər.

Səsləndirilən müraciətləri diqqətlə dinləyən Jalə Əliyeva qeydlər aparıb, dilə gətirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyini diqqətə çatdırıb.

Bəzi məsələlər isə dərhal yerindəcə həllini tapıb.

Vətəndaşların qəbul zamanı Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdri Zinhar Bayramov, o cümlədən, İcra Hakimiyyətinin digər məsul nümayəndələri, Zərdab rayon Məşğulluq şöbəsinin müdiri iştirak ediblər.

Qəbul 4 saat yarım davam edib.

Qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

Etikxeber.az

Read Previous

“Bu markalı benzinlərin bahalaşması orta təbəqənin gəlirlərinə və ya ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək”-MİLLƏT VƏKİLİ BELƏ DÜŞÜNÜR

Read Next

Global Journalism Council iki azərbaycanlı jurnalistin qətlə yetirilməsi ilə bağlı-BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir