“TƏKLİFLƏRİMİZ MDB PA-NIN KOMİSSİYASINDA DƏSTƏKLƏNDİ”-Jalə Əliyeva – FOTOLAR

Milli Məclisin (MM) Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün MDB Parlament Assambleyasının (PA) dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyanın Sankt Petetburqda keçirilən iclasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü kimi iştirak edib.

Etikxeber.az-a daxilm olan məlumata görə, Jalə Əliyeva iclasın gündəliyində dayanan 15 məsələdən 7-sinin ətrafında çıxış edərək, ölkəmizin mövqeyini, tərəfimizdən təklif edilən əlavə və dəyişiklikləri parlament üzvlərinin diqqətinə çatdırıb.

Azərbaycanın irəli sürdüyü təkliflər, əlavələr və eyni zamanda iradlar MDB Parlament Assambleyası tərəfindən birmənalı və yekdilliklə qəbul edilib.

Assambleya sabah öz işini digər komitələr üzrə davam etdirəcək.

Qeyd edək ki, Assambleyanın nümayəndə heyətinin tərkibinə vitse-spiker Adil Əliyev, komitə sədri Bəxtiyar Əliyev, komitə sədrinin müavini Jalə Əliyeva və deputatlardan Malik Həsənov, Arzu Nağıyev daxildirlər.

Etikxeber.az

Read Previous

KOD ADI: XƏYANƏT-Telli Pənahqızı yazdı

Read Next

Hava yağışlı olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir