Jalə Əliyevaya səsləniş: “QARABAĞ VETERANLARI SİZİNLƏDİR”-DEPUTATLIĞA NAMİZƏD KƏND TOYUNDA – FOTO-VİDEO

92 saylı Seçki Dairəsindən 5-ci dəfə deputatlığa namizəd, professor Jalə Əliyeva fevralın 1-də Zərdab rayonunun Otmanoba kəndində veteran toyuna qatılıb.

Etikxeber.az-ın xəbərinə görə, kənd sakinləri Bəhruz və Günel Müslümovların övladırının toyunda iştirak edən millət vəkili məclis iştirakçıları tərəfindən səmimiyyətlə və isti münasibətlə qarşılanıb.

Qeyd edək ki, toy sahibi B. Müslümov Qarabağ müharibəsi veteranıdır.

Onun övladı-qızı Həcər xanım Cahid adlı oğlanla ailə qurub.

Həmçinin, qeyd edək ki, toya qatılan Qarabağ müharibəsi iştirakçıları, veteranları deputatlığa namizədin başına yığışıb, ona dəstəklərini ifadə ediblər.

Qarabağ Əlilləri,Veteranları, Şəhid Ailələri İctimai Birliyi Zərdab rayon şöbəsinin sədri Yediyarov Neman, Qarabağ müharibəsi əlilləri – Kərimov İlqar, Kərimov Telman, İsmayılov Fariz, Müslümov Bəhruz və başqaları 9 fevral seçimlərinin J. Əliyeva olduğunu qeyd edib, zərabalıları ona yenidən etimad göstərməyə çağırıblar.

Öz növbəsində J. Əliyeva ailə quran cütlüyü təbrik edib, onlara öz xeyir-duasını verib.

Veteranların, şəhid və əlil ailələrinin hər birinin qarşısında baş əydini bildirib, dövlətin daim bu kateqoriyadan olan insanların qayğılarını diqqətində saxladığını və onların hər birinin zəhmətinin, fədakarlığının dəyərləndirildiyini bir daha diqqətə çatdırıb.

O, toy iştirakçılarına “Hər birinizin qapınızda belə bir büsat, məclis, toyb-bayram və ən pis günümüz də bax bugünkü kimi olsun. O gün olsun ki, Qarabağımız işğaldan azad edilsin və veteranlarmızın, əlillərimizin əlini sıxıb təbrik etmək qismətimiz olsun”, deyib.

J. Əliyeva həmçinin, Prezident, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə vətəni hər an qorumağa hazır olan igidlərimiz haqda danışıb, Qarabağ veteranlarından bəhs edib, veteranlara minnətdarlığını bildirib.

Eyni zamanda, toy iştirakçıları millət vəkili-deputatlığa namizədin çıxışını-təbrikini alqışlarla gurultulu müşaiyət ediblər.

Bununla yanaşı, deputatlığa gözəl bir mahnının sədaları altında toy sahibləri-Qarabağ müharibəsi veteranları ilə rəqs edib.

Etikxeber.az

Read Previous

“Parlamentin Ziyad müəllim kimi insanlara ehtiyacı var”-XANIM SEÇİCİLƏRDƏN ZİYAD SƏMƏDZADƏYƏ DƏSTƏK NÜMAYİŞİ – FOTOLAR

Read Next

Kamilə Əliyevadan-SEÇİCİLƏRƏ MİNNƏTDARLIQ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir