Jalə Əliyev bu dəfə Lək, Xələc və Bərgüşadda oldu-QALDIRILAN PROBLEMLƏRLƏ BAĞLI MÜVAFİQ QURUMLAR QARŞISINDA BİR DAHA MƏSƏLƏ QALDIRACAĞINI BİLDİRDİ… – FOTOLAR

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Ucar rayonunun Lək, Xələc və Bərgüşad kəndlərində səyyar qəbul keçirib, seçiciləri ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə vətəndaşları maraqlandıran və narahat edən məsələlər ətraflnda fikir mübadiləsi aparılıb, həlli yolları axtarılıb.

Qəbulda hər üç kəndin seçiciləri daha çox içməli su və suvarma sistemləri ilə bağlı çətinliklərini dilə gətiriblər, bu sahədə mövcud olan problemləri mütəmadi olaraq diqqətdə saxladığı və dəfələrlə parlamentdə səsləndirdiyi üçün deputat Jalə Əliyevaya təşəkkürlərini bildirib, eyni zamanda, məsələnin köklü şəkildə həllini tapması üçün öz səylərini əsirgəməməsini xahiş ediblər.

Seçicilər adı çəkilən kəndlərdə internet və telefon rabitəsinin zəif olduğunu da diqqətə çatdırıblar.

Eyni zamanda, seçicilər Bərgüşad kəndinin əsas yolunun və kəndiçi 6,5 km-lik yolun əsaslı təmiri ilə bağlı respublika səviyyəsində etdiyi şifahi və yazılı müraciətlər üçün deputata minnətdarlıqlarını bildiriblər, lakin hələlik həllini tapmadığı üçün bu məsələnin növbəti dəfə gündəmə gətirilməsinə ehtiyac olduğunu deputatın diqqətinə çatdırıblar.

Görüşdə eyni zamanda fərdi xarakterli problemlərdən də söz açılıb, bu məsələlərin həllində köməklik xahiş edilib.

Jalə Əliyeva qaldırılan məsələlərin hər birini diqqətlə dinləyib, qaldırılan problemlər haqqında əlaqədar qurumlar qarşısında bir daha məsələ qaldıracağını və deputat sorğusu göndərəcəyini bildirib.

Qəbullar konstruktiv və yüksək əhval ruhiyyə şəraitində keçib.

Etikxeber.az

Read Previous

Uçoğlan Şəhidlərinin Xatirə-abidə kompleksi-AĞDAM VƏ KÜRDƏMİRLİ ŞƏHİD AİLƏLƏRİ TƏRƏFİNDƏN ZİYARƏT EDİLDİ… – FOTOLAR

Read Next

“Noyabrın 3-dən 4-nə keçən gecə yuxumda oğlumun Şəhid olduğunu gördüm…Elə həmin gün, yuxumda gördüyüm yerdə də Şəhid olub…”-28 GÜNDƏN SONRA NƏŞİ TORPAĞA TAPŞIRILAN ŞƏHİD ELMAZ ELMAR OĞLU HACIYEVİN ANASI ZİYAFƏT XANIM – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir