Jalə Əliyeva Mehriban Əliyevanın son addımından danışdı və dedi ki…

JALƏ ƏLİYEVA: Səhid ailəsinin evinin əlindən alınması hadisəsinə çox qısa bir müddətdə redaksiya verilməsi, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa işə müdaxilə etməsi, bununla bağlı tapşırıq verməsi və daha sonra da şəhid ailəsinin evlə təmin olunması əlbəttə ki, bir daha dediklərimizi sübut edir və bu, ölkədə aparılan vətəndaşyönümlü siyasətin bariz nümunəsi olaraq qiymətləndirilməlidir…
“Şərurlu İsfəndiyar” kimi tanınan oliqarxın aprel döyüşlərində şəhid olan zabitimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus olan evi məhkəmə qərarı onlardan alması cəmiyyətimiz tərəfindən qınaqla qarşılandı.
Amma bir neçə saat sonra işə qarışan Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailəsini yeni mənzillə təmin etdi. 
Etikxeber.az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Jalə Əliyeva Moderator.az-a açıqlamasında deyib ki, şəhid ailələri ilə bağlı atılan addımlar bir daha sübut edir ki, onlar həmişə dövlətin diqqətindədir:
MEHRIBAN ALIYEVA
QOBUS-4
“Ölkədə heç kimə sir deyil ki, sosial sahədə, xüsusilə də aztəminatlı, qorunmağa ehtiyacı olan ailələrlə, vətəndaşlarla bağlı dünyada analoqu olmayan siyasət həyata keçirilir. Biz hər gün, hər saat cənab prezident tərəfindən atılan bu cür addımların şahidi oluruq.
Son aylarda ard-arda verilən sərəncamlar, imzalanan fərmanlar və atılan addımların hər biri Azərbaycan vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu insanların hər birinin arxasında sözün əsl mənasında hər bir vətəndaşına prezident olmağı bacaran cənab prezident İlham Əliyevin şəxsiyyəti, siyasəti, böyük himayə və qayğısı dayanır. 
jala
Dünən şəhid ailəsinin evinin əlindən alınması hadisəsinə çox qısa bir müddətdə redaksiya verilməsi, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa işə müdaxilə etməsi, bununla bağlı tapşırıq verməsi və daha sonra da şəhid ailəsinin evlə təmin olunması əlbəttə ki, bir daha dediklərimizi sübut edir və bu, ölkədə aparılan vətəndaşyönümlü siyasətin bariz nümunəsi olaraq qiymətləndirilməlidir”. 
Etikxeber.az

Read Previous

Azərbaycanlıların soyqırımından -31 martdan 101 il ötür

Read Next

“Mançester Yunayted”, “Börnli”, “Kristal Palas”… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir