Jalə Əliyeva meksikalı həmkarına nəyə görə təşəkkür-MƏKTUBU GÖNDƏRDİ?

Milli Məclisin (MM) Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun rəhbəri Jalə Əliyeva meksikalı həmkarı Aqustin Qarsiya Rubioya Xocalı faciəsinin daha geniş çərçivədə tanınması istiqamətində Azərbaycanın atdığı addımları dəstəklədiyi və Azərbaycanın yanında olduğu üçün təşəkkür məktubu göndərib.

Qeyd edək ki, meksikalı deputat ötən günlərdə Xocalı faciəsinin 29-cu il dönümü ilə bağlı bəyanat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, bəyanatda 2011-ci ildə Meksika Deputatlar Palatasında Xocalı soyqırımını tanıyan sənədin qəbul edildiyini xatırladan parlamentar, faciə qurbanlarının yad edilməsi ilə bağlı qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Sənəddə, həmçinin Meksikanın sülh və dialoq tərəfdarı olduğu, bu xüsusda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarını alqışladığı, bu razılaşmaların Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin, eləcə də qonşu xalqlar arasında barışığın təmin edilməsinə şərait yaradacağına ümidvar olduğu qeyd edilib.

Etikxeber.az

Read Previous

Daha 576 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid-YENİ KİTAB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir