Jalə Əliyeva yazır-XALQIN RƏĞBƏT VƏ SEVGİSİNİ QAZANAN LƏYAQƏTLİ XANIM-MEHRİBAN ƏLİYEVA

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Birinci xanım Mehriban Əliyeva haqqında deyir ki:

“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.

Bəli, bu bir həqiqərdir. Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub.

Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşüb. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırıb.

Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.

“Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.

Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahının yüksəlməsi əsasında quran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya məxsusdur.

Mehriban xanım Əliyevanın dediyi kimi, “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.

Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz, xəstə uşağı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycanımızın  mərhəmətli qol-qanadlarını onların üzünə açır. O, Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirtdiyi bütün layihələr vətəndaşların, xüsusilə həssas təbəqənin hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı, xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadınının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.

2020-ci ildə COVID-19 pandemiyasının başlandığı ilk günlərdən Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib”, – deyə xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.

Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfər tarixi yazdı. Prezident İlham Əliyevin sözlərini xatırlayaq:

“Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.

44 gün davam edən  müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri qürur qaynağımızdır.

Həmin günlərdə də, hər zaman olduğu kimi, Mehriban xanım Əliyeva 1-ci xanım, birinci vitse-prezidentlik missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, döyüşə gedən hər bir gəncimizə bir ana kimi xeyir-dua verdi,  yaralı əsgərlərimizi ziyarət etdi, xalqın yanında oldu.

Əminliklə dedi ki: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır”.

Elə də oldu. Azərbaycan Qalib gəldi, Zəfər çaldı. Biz Qarabağımıza qayıtdıq.

Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Jalə Əliyeva,

Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Milyonları öldürən xəstəliklər-HANSILARDIR?

Read Next

Yenə zəlzələ-OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir