Jalə Əliyevaya ağır itki üz verdi, 35 illik ömür-gün yoldaşını itirdi: “HƏSRƏT HEÇ BİTMƏDİ Kİ…”

Millət vəkili, professor Jalə Əliyevaya ağır itki üz verib.

Xanım millət vəkili həyat yoldaşını itirib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili özünün sosial şəbəkə hesabındakı statusunda yazıb.

Statusu təqdim edirik:

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik… Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq… Həyat çox qısa, taleh çox amansız…

İllər boyu uzaq məsafələrdə yaşadıq… Həsrət heç bitmədi ki… Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi… Sanki vida səfərinə çıxmışdı…

Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”

Etikxeber.az

Read Previous

Daha 47 yeni-YOLUXMA…

Read Next

İkinci Vətən Müharibəsinin Şəhidləri: BU GÜN NƏŞİ 63 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN MİNGƏÇEVİRLİ ŞƏHİD TELMAN ALLAHVERƏNOVUN ANIM GÜNÜDÜR, KÜRDƏMİRLİ ŞƏHİD ÜLVİ AZAYEVLƏ AĞCABƏDİLİ ŞƏHİD NURLAN QULİYEVİN İSƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNLƏRİDİR…-FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir