JAM bu dəfə – SAATLIDA – FOTO

“Jurnalist Araşdlrmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımıyla həyata keçirdiyi “İctimai iştirakçılığın regionlarda genişləndirilməsinə dəstək” adlı layihənin icrasını davam etdirir.

Etikxeber.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Saatlı Peşə Liseyində baş tutub.

Tədbirdə adıçəkilən təhsil ocağının müəllim və tələbələri, yerli icra hakimiyyəti orqanlarının nünayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və jurnalistlər iştirak ediblər.

Saatlı Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həbib Feyzullayev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Direktor müavini bildirib ki, analoji layihələrin icrası ölkədə açıq cəmiyyət quruculuğunu daha da sürətləndirəcək.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə auditoriyanı “İctimai iştirakçılıq haqqında” qanunun əsas müddəaları ilə tanış edib.

JAM sədri dövlət qurumlarının yanında fəaliyyət göstərən İctimai Şuraların müstəqil şəxslərdən təşkil olunmasının vacibliyini vurğulayıb.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov ictimai nəzarət mexanizminin qurulmasının əhəmiyyətini dilə gətirib.

TUMİB sədri qeyd edib ki, ictimai nəzarətin təmin olunması həm də cəmiyyətin fəallığından asılıdır.

Etikxeber.az

Read Previous

Metroda qatarların hərəkətində texniki nasazlıq yarandı və… – YENİLƏNİB

Read Next

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilir – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir