Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkova yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq.

Etikxeber.az xəbər verir ki, “Azəryol”dan sabiq klubuna transfer olunan Y.Jidkova ilə birillik müqavilə imzalanıb. Son mövsümlərdə yığmada da oyununu artıran voleybolçunun yeni mövsümdə əsas heyət üzvü olacağı gözlənilir.

“Azərreyl” Y.Jidkovadan əvvəl Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova (hamısı Azərbaycan), Edina Dobi (Macarıstan) və Malika Kanzonq (Tailand) ilə müqavilə imzalayıb.

Bakı təmsilçisi, həmçinin yığmamızın digər üzvləri Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı, amerikalı Marten Bettendorf, keniyalı Mersi Moim və serbiyalı Danitsa Radenkoviçi transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev İsrailin ölkəmizdəki səfirliyində olub, Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib

Read Next

Nazir: “Qazlaşdırılma ilə bağlı SOCAR-la imzalanan uzunmüddətli müqavilə bizim üçün əsas amildir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir