“Jizel” azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

Yanvarın 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində quruluşçu baletmeyster Eldar Əliyevdir.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Etikxeber.az

Read Previous

Həftədə 150 dəqiqə idmanla məşğul olmaq ölüm riskini üçdəbirə qədər azaldır?!

Read Next

Ötən il biometrik smartfonların sayı iki dəfə artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir