Jurnalist təhdid olunduğunu deyir…

“Günorta saatlarında bir nəfər şikayətçi zəng edib dedi ki, Azərbaycan İnformasiya Agentliyinin Elnarə adlı jurnalisti tərəfindən şantaj olunur və həmin qadın deyir ki, əgər bu gün Cənnət Cənnətova pul çatdırılmasa, onlarla bağlı materiallar yayımlanacaq. Cənnət adlı şəxsin də nömrəsini verib. Mən məsələni araşdırmaq üçün həmin nömrəyə zəng etdim və özümü müstəqil jurnalist kimi təqdim etdim. Dedim ki, belə bir iddia var, nə dərəcədə əsaslıdır. Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, məqaləm çıxan bütün mətbu orqanları sadaladım, Meydan TV də içərisində. Heç nə demədən dəstəyi asdı”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Aynur Elgünəş öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.

“Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi, “sizin kimi müxalifətçiləri rədd etmək lazımdı” və s kimi ifadələr işlətdi. Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir”-deyə, qeyd edən jurnalistin yazdığına görə,  o da öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, aia.az saytının onların adından danışdığını, şikayət olduğunu və onu söydüyünü deyib.

“Əflatun bəy dedi ki, belə bir media orqanı, şəxs tanımır, hazırda xaricdədi, ayın 10-dan sonra qayıdacaq, ondan sonra araşdırar. Şikayətçi ərizə ilə Mətbuat Şurasına müraciət etsin. Eyni sualla Müşfiq Ələsgərliyə də FB-dən mesaj yazdım. O da izah etdi ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır, məqsəd “Azərbaycan” qəzetinin dublikatını çıxarmaqdır, bununla bağlı şikayətçi MŞ-na müraciət etsin.
Ancaq adam əl çəkmədi. Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, “səni elə günə qoyacam ölkə üzünə çıxa bilməyəcəksən” söylədi, sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir. Bundan sonra mən vəkilimə zəng etdim və baş verənləri dedim. Onun məsləhəti ilə 102 xidmətini yığdım, şikayət etdim. Sabah da 36-cı polis bölməsinə gedib rəsmi şikayət edəcəm. Bu qədər…”-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Read Next

“Bu xüsusiyyət Yesenin kimi şairlərə xasdır” – RAFAEL HÜSEYNOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir