Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mətbuat Şurası AMEA-nı Ramiz Məmmədovla bağlı ölçü götürməyə çağırdı
Milli Elmlər Akademiyasının rəhbərliyi akademik Ramiz Məmmədovla bağlı yəqin ki, ciddi ölçü götürəcək.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair yayılan məlumatlara münasibətini bildirərkən deyib.
“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb” -deyən, AMŞ sədri bununla belə, özünün şəxsən hadisənin təfərrüratlarına, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik olmadığını da bildirib.
“Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir.Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək ”-deyə, Ə. Amaşov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az