Jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb – Mətbuat Şurası

Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.

Mətbuat Şurasından Etikxeber.az-a verilən məlumata görə, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Etikxeber.az

Read Previous

Saat 12:00-a qədər 5 267 111 seçicidən 1613 879 nəfər səs verib

Read Next

“Mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq”- AŞPA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir