Jurnalistlər erməni vəhşiliyinin izlərini nümayiş-ETDİRƏCƏKLƏR

44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad edildi.

Şanlı zəfərdən sonra bir daha sübut olundu ki, düşmən bizə daha çox sahədə ziyan vurub.

Belə ki, Ermənistan tərəfindən bu illər ərzində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qisminin isə tarixi saxtalaşdırılıb.

Azərbaycan dövləti ermənilərin işğal etdikləri ərazilərdə törətdiyi vandallıq aktları barəsində indiyədək beynəlxalq ictimaiyyəti dəfələrlə  məlumatlandırıb. İşğalın davam etdiyi müddətdə həmin ərazilərə giriş imkanı olmadığından, deyilənləri real faktlar əsasında ortaya qoymaq çətin idi. Lakin həmin ərazilər işğaldan azad olunduqdan sonra dediklərimiz öz təsdiqini tapdı. Hər kəsə bəlli oldu ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilib, hətta qəbir daşları belə yerindən çıxarılıb.

Bu vandalizm aktlarını yerli və beynəlxalq mediada yaymaq, əcnəbi jurnalistlərə  nümayiş etdirmək məqsədilə Tərəfsiz Jurnalistlər İctimai Birliyi yeni layihəyə start verib. “İşğaldan azad olunmuş bölgələrdə erməni vəhşiliyinin izi: dağıdılmış qəbirlər, viran qoyulmuş abidələr, məhv edilmiş məktəblər” adlı layihə üç ay davam edəcək. Layihə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarda üzləşdiyimiz dəhşətli mənzərənin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına, bu durumun təbliğinə həsr olunub.

Layihənin məqsədi Ermənistanın müharibə dövründə törətdiyi beynəlxalq cinayətlər, mülki şəxsləri qətlə yetirməsi, işğalçılıq dövründə Azərbaycan torpaqlarında məhv etdiyi tarixi abidələr, dəyişdirdiyi toponimlər və digər cinayətləri haqqında yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq işinə yardımçı olmaqdır.

Müharibədən sonrakı dağıntılar və dinc əhaliyə dəyən zərəri əks etdirmək üçün layihə icraçıları bir sıra bölgələrə səfər edəcəklər, dağıntıların çəkilişi aparılacaq, erməni terrorundan zərər görən ailələr, həlak olan şəxslərin ailə üzvləri ilə müsahibələr götürüləcək. Layihə çərçivəsində mövzuya dair 3 videoçarxın istehsal olunacağı gözlənilir. Videoçarxlar mülki əhalinin qətli, tarixi-mədəni abidələrin dağıdılması, işğal dövründə Azərbaycan ekologiyasına vurulan ziyan və digər mövzuları əhatə edəcək.

Layihə çərçivəsində həm də Ermənistanın işğalçılıq dövründə Azərbaycana vurduğu hərtərəfli ziyanın müxtəlif məqamlarını əks etdirən 5 analitik məqalənin hazırlanıb yerli və xarici mediada dərci nəzərdə tutulur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Etikxeber.az

Read Previous

“Güclü dəstəyə görə dostum Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm”-ZELENSKİ

Read Next

Zelenski İlham Əliyevə-TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir