“Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərkən başınızdan yaralansanız da, inadınızdan dönməyərək, yenə də döyüsə davam etmisiz…”-MM-İN KOMİTƏ SƏDRİ QAZİYƏ MİNNƏTDARLIQ ETDİ – FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində ağır yaralanmış qazi, Balakən rayonu, Qazma kəndinin sakini Hacı Əli oğlu Muradovla görüşüb,

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Qazinin müalicəsinin gedişi ilə maraqlanıb.

Komitə sədri deyib:

“Əziz qazimiz,Siz Vətən uğrunda döyüşmüş mərd, vətənpərvər hərbçilərimizdənsiz.İşğalçı düşmən üzərində tarixi zəfər münasibəti ilə Sizə öz təbrik və təşəkkürümüzü yetiririk. Siz ixtisasca tarix müəllimi olsanız da, hərbçi kimi fəaliyyət göstərməyə üstünlük vermisiz. Siz tarixçi kimi də, hərbci kimi də eyni amal – Vətənə xidmət üçün çalışmısız. Təsadüfi deyil ki qulluq etdiyiniz hərbi hissədə həmlə qrupunun üzvü kimi 44 günlük Vətən Müharibəsi başlayan ilk gündan, ilk dəqiqələrdən döyüşlərdə olmusuz.

Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərkən başınızdan yaralansanız da, inadınızdan dönməyərək, yenə də döyüsə davam etmisiz. Okyabrın 2-də yenidən ağır yaralınmısız və cəbhə yoldaşlarınız sizi döyüş bölgəsindən çıxararaq hospitala yerləşdirib.Ali Baş Komandan sizi “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edib. Qardaşınız da hərbçidir və o da Vətən Müharibəsində fədakarlıqla istirak edərək, “Vətən uğrunda” medalı ilə təltif olunub. Sizin kimi hərbçilərimizlə qürur duyuruq!

Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin özünəməxsus mədəni ənənələrini, ümumən respublika üzrə mədəni həyatı canlandırmaq imkanları da yaranıb.Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm.Xahis edirəm, bizim salamlarımızı ailə üzvlərinizə, doğmalarınıza yetirin”!

Qaziyə Komitə adından Təbrik, Təşəkkür Məktubu və üzərində “Qarabağ Azərbaycandır!” yazılı qol saatı təqdim edilib.

Qazi Hacı Muradov səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Görüşdə Etikxeber.az portalının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Etikxeber.az

Read Previous

Milli Məclisdən Estoniya parlamentinə-TƏŞƏKKÜR MƏKTUBU…

Read Next

“Erməni tərəfi başa düşməlidir ki, təxribaçı davranışlar ona heç bir fayda gətirməyəcək, əksinə, daha böyük fəlakətlərə səbəb olacaq”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir