Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb-MN

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən məlumata görə, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Azərbaycanın İkinci Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradından-BİR İL KEÇİR

Read Next

“Bu günə kimi yolunu gözləyirdim, deyirdim ki, bəlkə gəldin…”-Nəşi 69 gündən sonra dəfn olunan-ƏRZUMAN OSMANOVUN ANASI – ŞƏHİDİN ANIM MƏRASİMİ KEÇİRİLDİ -FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir