Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Temperatur 4-6 dərəcə enəcək, dağ çaylarında sel gözlənilir-XƏBƏRDARLIQ

Read Next

Daha 3583 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir